Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir - BBN

Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin İdarə Heyətinin sədri Araz İmanov imzalayıblar.

Memorandum bank sektoru ilə pərakəndə ticarət şəbəkələri arasında institusional əməkdaşlığın gücləndirilməsini, nağdsız ödənişlər ekosisteminin inkişafını, müasir ödəniş həllərinin tətbiqini, eləcə də qarşılıqlı maraq doğuran məsələlər üzrə davamlı dialoqun təşviq edilməsini nəzərdə tutur.

Əməkdaşlığın əsas istiqamətlərindən biri son illər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dəstəklənən QR ödənişlərinin genişləndirilməsi, innovativ ödəniş həllərinin təşviqi və rəqəmsal ödəniş infrastrukturunun inkişafı olacaq.

Memorandum çərçivəsində tərəflər birgə görüşlərin, dəyirmi masaların, seminarların və digər təşəbbüslərin təşkili, qabaqcıl təcrübələrin öyrənilməsi, POS və ekvayrinq xidmətlərinin təkmilləşdirilməsi, yerli ödəniş həllərinin tətbiqi, həmçinin bank və ticarət sektorları arasında qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərinin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcəklər.

Anlaşma Memorandumunun imzalanması ölkədə maliyyə və ticarət sektorları arasında əməkdaşlığın daha da genişlənməsinə, nağdsız hesablaşmaların artmasına, QR ödənişlərinin daha geniş tətbiqinə və müasir maliyyə xidmətlərinin əlçatanlığının yüksəldilməsinə töhfə verəcək.

Related posts

“BQ” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır

Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 252 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı