Home » Azranking.az: “Tikintiyə icazələrin verilməsi” üzrə İşçi qrupunun növbəti onlayn iclası keçirilib

Azranking.az: “Tikintiyə icazələrin verilməsi” üzrə İşçi qrupunun növbəti onlayn iclası keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Tikintiyə icazələrin verilməsi” üzrə İşçi qrupunun “Əlverişli Biznes Mühiti layihəsi ilə əlaqədar İşçi qrupun fəaliyyətinin təşkili və icazələrin əldə olunması vaxtı və xərclərinə dair təkmilləşmələr” mövzusuna həsr olunan növbəti onlayn iclası keçirilib.

İclasda İşçi qrupunun rəhbəri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğın Nəzarət Xidmətinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və İqtisadiyyat Nazirliyi tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin, habelə digər qurumların nümayəndələri iştirak ediblər.

Görüş zamanı tikintiyə və istismara icazə icraatı ərzində rəy və texniki şərtlərin verilmə müddətinə dair statistik göstəricilər, 2022-ci ilin ikinci yarımilliyi ərzində sahibkarlıq subyektləri arasında aidiyyəti sahədə aparılmış sorğunun nəticələri barədə məlumatlar, 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası barədə geniş müzakirələr aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.