Home » AZSTAND nümayəndə heyəti Avropada beynəlxalq tədbirdə iştirak edib

AZSTAND nümayəndə heyəti Avropada beynəlxalq tədbirdə iştirak edib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti Avropa Standartlaşdırma Təşkilatının (CEN) Baş Assambleyasının 59-cu iclası və Avropa Elektrotexniki Standartlaşdırma Komitəsinin (CENELEC) Baş Assembleyasının 65-ci iclasında (15-ci ümümi sessiyada) iştirak edib.

21-22 İyun tarixlərində keçirilən CEN və CENELEC-in illik clası Serbiyanın paytaxtı Belqrad şəhərində Serbiya Standartlaşdırma İnstitutu (ISS) tərəfindən təşkil edilib.

İllik iclasda CEN və CENELEC-in üzvü olan  34 milli standartlaşdırma qurumunun, Avropa və Beynəlxalq standartlaşdırma təşkilatlarının nümayəndələri iştirak ediblər.

İclas çərçivəsində Azərbaycanda texniki tənzimləmə sisteminin inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının (Aİ) təcrübəsinin öyrənilməsi, Aİ-yə üzv ölkələrlə qarşılıqlı əməkdaşlıq və dəstəyin təmin edilməsi və ikitərəfli əməkdaşlığı inkişaf etdirilməsi üçün Serbiya Standartlaşdırma İnstitutu (ISS), Çexiya Standartlar, Metrologiya və Sınaq Ofisi (UNMZ), Latviya Standartlaşdırma Qurumu (LVS),  Türk Standartları İnstitutu (TSE), Kazaxıstan Texniki Tənzimləmə və Metrologiya İnstitutu, Sinqapur Standartlar Şurası (Enterprise Singapore),  İsrail Standartlar İnstitutu (SII) və digər standarlaşdırma qurumları ilə görüşlər keçirilib və müvafiq müzakirələr aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.