Home » “Azər Türk Bank”ın baş direktoru vəzifəsinə yeni təyinat edilib

“Azər Türk Bank”ın baş direktoru vəzifəsinə yeni təyinat edilib

by Zeyneb
0 comments 9 views 0 minutes read

“Azər Türk Bank” ASC-nin baş direktoru vəzifəsinə yeni təyinat olub.

Bu vəzifəyə maliyyə sektorunda uzun illər təcrübəyə malik olan İlqar Tağıyev təyin edilib.

Məlumata görə, İ.Tağıyev 2024-cü ilin iyunundan 2026-cı ilin yanvarınadək “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də Baş icraçı direktorun müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, İlqar Tağıyev bank karyerasına 1998-ci ildə başlayıb. O, indiyədək Asiya İnkişaf Bankı, Dünya Bankı, “Bank of Baku” ASC, “Qafaz Leasing” ASC, “Embafinans” BOKT QSC, eləcə də “Yelo Bank” ASC-də (keçmiş “Nikoil Bank”) müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.