Home » Azərbaycan Banklar Assosiasiyası Mizuho Bank ilə rəqəmsal aktivlər və süni intellekt üzrə işgüzar görüş keçirib

Azərbaycan Banklar Assosiasiyası Mizuho Bank ilə rəqəmsal aktivlər və süni intellekt üzrə işgüzar görüş keçirib

by Aytac
0 comments 0 views 1 minutes read

8 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Yaponiyanın Tokio şəhərində Mizuho Bank ilə işgüzar görüş keçirib.

Görüşdə ABA-nı prezident Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov, eləcə də Azərbaycan Mərkəzi Bankı, ölkənin aparıcı banklarının və Azərbaycan Kredit Bürosunun nümayəndələri təmsil ediblər.

Yapon tərəfini isə Mizuho Bank-ın Baş Meneceri Takafumi Kawamura, həmçinin bankın nümayəndələri Jiro Kiyota, Akira Nakaoka və Yoshinobu Eda təmsil ediblər.

Görüş çərçivəsində tərəflər maliyyə texnologiyaları, rəqəmsal aktivlər və süni intellektin bank sektorunda tətbiqi istiqamətləri üzrə geniş fikir mübadiləsi aparıblar.

Proqram çərçivəsində Takafumi Kawamura Mizuho Bank-ın rəqəmsal aktivlər biznesi və süni intellekt üzrə inkişaf strategiyaları barədə təqdimat edib.

Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq imkanları və texnoloji təcrübə mübadiləsinin davam etdirilməsi perspektivlərini müzakirə ediblər

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.