2

Bu il yanvarın 1-nə Azərbaycan banklarının müddətli xarici borcu 1 milyard 164 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında qeyd olunub.
Sənədə əsasən, bu göstərici ötən il yanvarın 1-i ilə müqayisədə 50,3 % və yaxud 389 milyon ABŞ dolları çoxdur.
Hesabatda bildirilib ki, hesabat ilinin sonuna bankların ümumi öhdəliklərinin 4 %-ni xarici borc təşkil edib.




