Home » Azərbaycan gömrüyündə sahibkarların bəyannamələri 30 dəqiqəyə yoxlanılacaq

Azərbaycan gömrüyündə sahibkarların bəyannamələri 30 dəqiqəyə yoxlanılacaq

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Dövlət Gömrük Komitəsinin (DGK) bu ilin avqust ayında pilot qaydada tətbiqinə başladığı yeni layihəylə “könüllü əməletmə” prinsipi əsasında fəaliyyət göstərən sahibkarların bəyannamələrinin 30 dəqiqə ərzində yoxlanılması və nəqliyyat vasitələrinin sürətli çıxışı təmin ediləcək.

BBN.az xəbər verir ki, bu barədə DGK-nın məlumatında deyilir.

Bildirilir ki, ilkin mərhələdə 5 sahibkarın istifadə etdiyi layihədən hazırda 60 biznes subyekti faydalanmaqdadır.

Avqustun sonunadək isə fəaliyyətini qanunvericiliyə uyğun şəkildə quran 400-ə qədər şirkətin yeni layihədən istifadə etməsi planlaşdırılır.

Qeyd olunub ki, şəffaflıq, vətəndaş və sahibkar məmnuniyyəti gömrük orqanlarının əsas strateji hədəflərindəndir. Bu məqsədlə gömrük rəsmiləşdirilməsinin daha da sadələşdirilməsi, gömrük bəyannaməsinin doldurulması prosesinin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi hesabına vətəndaş-məmur təmasının minimuma endirilməsi istiqamətində mühüm addımlar atılır ki, bu da sahibkarlara vaxt və vəsaitə qənaət etmək baxımından əlavə imkanlar yaradır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.