Home » “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “I.D.E. Water Assets Ltd” arasında Anlaşma Memorandumu imzalanıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və “I.D.E. Water Assets Ltd” arasında Anlaşma Memorandumu imzalanıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması üzrə zavodunun yaradılması sahəsində əməkdaşlığa dair layihənin potensial investor qismində iştirakı nəzərdə tutulan “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC və Dünyada su və su tullantıların emalı sahəsində tanınmış İsrailin “I.D.E. Water Assets Ltd” (“İDE”) şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarından fəal istifadəsinə təkan verib.

“IDE” şirkəti 40 ölkədə fəaliyyət göstərməklə, 400-dən çox zavodun tikintisi və istismarı sahəsində 40 illlik təcrübəyə malikdir. Şirkət dünyanın ən böyük zavodları daxil olmaqla (Çin, Hindistan, ABŞ, Avstraliya və İsrail) bir sıra irimiqyaslı membran və termal duzsuzlaşdırma zavodlarının tikintisini həyata keçirib. Şirkət İsrail əhalisinin içməli suya tələbatının 70%-ni təmin edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.