Home » Azərbaycan IOFS ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan IOFS ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı (IOFS) arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

BBN.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir müavini İlhamə Qədimova təşkilatın Baş direktoru Berik Arın ilə görüşüb. O, Azərbaycanın regionda sürətlə inkişaf edən iqtisadiyyata malik ölkə olduğunu qeyd edib, iqtisadiyyatın şaxələndirilməsi ilə milli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsinin əsas hədəflərdən olduğunu diqqətə çatdırıb. Ölkədə aqrar sahədə islahatlardan söz açan nazir müavini aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib.

İ.Qədimova əlavə edib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Görüşdə Azərbaycanın IOFS ilə kənd təsərrüfatı sahəsində səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğu vurğulanıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə aqrar sahə və kənd yerlərinin inkişafı istiqamətində IOFS ilə gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir müavini Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb.

B.Arın isə rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi proqramlar haqqında məlumat verib. Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verildiyini vurğulayan qonaq aqrar sahədə əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib. O, COP29 çərçivəsində Azərbaycanda keçiriləcək tədbirlərə dəstək verməyə hazır olduqlarını bəyan edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.