
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 72 milyard 429,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0,9 % çoxdur.
BBN.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son bir ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 % azalıb, qeyri-neft-qaz sektorunda isə 3,1 % artım qeydə alınıb.
ÜDM-in sahələr üzrə pay bölgüsü belədir:
-
35 % – sənaye
-
10,1 % – ticarət və nəqliyyat vasitələrinin təmiri
-
7 % – nəqliyyat və anbar təsərrüfatı
-
6,3 % – kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
-
6 % – tikinti
-
2,8 % – turistlərin yerləşdirilməsi və ictimai iaşə
-
1,8 % – informasiya və rabitə
-
21,1 % – digər sahələr
Bundan əlavə, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 %-ni təşkil edib.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 7 077 manat olub.





