Home » Azərbaycan iqtisadiyyatı 4 %-dən çox böyüyüb

Azərbaycan iqtisadiyyatı 4 %-dən çox böyüyüb

by yunus
0 comment 1 views 1 minutes read

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 80 milyard 960,3 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

BBN.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  ötən ilin yanvar-may ayları ilə müqayisədə iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər istehsalı 7,3 faiz artmış, neft-qaz sektorunda isə eyni səviyyədə qalıb.

ÜDM istehsalının 37,9 %-i sənaye, 9,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,1 %-i tikinti, 6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 18,9 %-i isə digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 %-ni təşkil edib.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 7 941 manat olub.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.