Home » Azərbaycan Kredit Bürosu ISO/IEC 42001:2023 – Süni İntellektin İdarə Edilməsi Sistemi üzrə beynəlxalq sertifikatı əldə edib

Azərbaycan Kredit Bürosu ISO/IEC 42001:2023 – Süni İntellektin İdarə Edilməsi Sistemi üzrə beynəlxalq sertifikatı əldə edib

by yunus
0 comments 0 views 1 minutes read

“Azərbaycan Kredit Bürosu” MMC (AKB) ISO/IEC 42001:2023 – Süni İntellektin İdarə Edilməsi Sistemi üzrə beynəlxalq sertifikatı əldə etmişdir.

Qiymətləndirmə Birləşmiş Krallığın Akkreditasiya Xidmətində (UKAS) akkreditasiyadan keçmiş, beynəlxalq nüfuza malik “CFECERT” şirkəti tərəfindən həyata keçirilmişdir.

Sertifikasiya prosesi çərçivəsində AKB-nin süni intellekt texnologiyalarından istifadəsi, süni intellekt əsaslı məhsul və xidmətlərin idarə edilmə siyasəti, məlumatların etik və təhlükəsiz istifadəsi, süni intellekt risklərinin qiymətləndirilməsi, müvafiq prosedurlar və fəaliyyətlərinin ISO/IEC 42001:2023 beynəlxalq standartlarının tələblərinə uyğunluğu hərtərəfli qiymətləndirilmişdir. Nəticədə AKB-nin süni intellektin idarə edilməsi üzrə qabaqcıl idarəetmə standartlarına cavab verdiyi təsdiqlənmişdir.

ISO/IEC 42001:2023 sertifikatı, AKB-nin fəaliyyətində innovasiya, şəffaflıq və risklərin proaktiv idarə olunmasına verdiyi önəmi bir daha nümayiş etdirir. AKB, bank və maliyyə ekosisteminin etibarlı tərəfdaşı olaraq, süni intellekt əsaslı həllərinin tətbiq edilməsində beynəlxalq tələblərə uyğunluğunu təmin etməklə, müştərilərinə, tərəfdaşlarına və cəmiyyətə dəyər qatmağa davam edir. Bu nailiyyət AKB-nin tərəfdaşlarına və bütün istifadəçilərinə təqdim edilən xidmətlərin keyfiyyətinin və etibarlılığının artırılmasına xidmət edir.

Azərbaycan Kredit Bürosu 2018-ci ildə 8 bankın təsisçiliyi ilə yaradılmışdır və hal-hazırda 270-dən artıq təşkilatla əməkdaşlıq edir. AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. Eyni zamanda, məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında onlara təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin minimallaşdırılmasına xidmət edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.