0

Azərbaycan Mərkəzi Bankının əsas vəsaitlərinin sığortalanması ilə bağlı elan etdiyi açıq tenderin nəticələri məlum olub.
Tenderin qalibi “PAŞA Sığorta” ASC seçilib.
Qalib şirkətə xidmətə görə 205,6 min manat ödəniləcək.
Qeyd edək ki, ötən il də eyni tenderin qalibi “PAŞA Sığorta” ASC olmuş və şirkətə 209,9 min manat məbləğində vəsait ödənilmişdi.







