
Azərbaycan Mərkəzi Bankı (AMB) “Ləman”, “Stumul” və “İnci Kredo” kredit ittifaqlarına icrası məcburi göstəriş göndərib.
Buna səbəb sözügedən kredit ittifaqlarının 2024-cü il üzrə kənar auditdən keçmiş maliyyə hesabatlarını təqdim etməməsi olub.
Qeyd olunub ki, bu, “Kredit ittifaqları haqqında” Qanunun 17.3-cü maddəsinin tələblərinə uyğun deyil. “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinə əsasən, kredit təşkilatlarından maliyyə hesabatlarının kənar auditdən keçirilməsi və təsdiqedici sənədlərin əlavə edilməklə AMB-yə təqdim olunması tələb edilib.





