Home » Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini 8.5%-dən 8.75%-ə qaldırıb

Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini 8.5%-dən 8.75%-ə qaldırıb

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsini 8.5%-dən 8.75%-ə qaldırıb.

Bu barədə AMB-nin bu gün, martın 29-da açıqladığı məlumatda deyilib. Verilən məlumata əsasən İH-nin qərarı ilə uçot dərəcəsi 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırılıb.

Bu qərar 30 mart 2023-cü il tarixindən qüvvəyə minir. Pul siyasәti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il may ayının 3-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Tənzimləyicinin məlumatına əsasən bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.

Qeyd edək ki, 02 fevral 2023-cü il tarixindən isə Azərbaycanda uçot faiz dərəcəsi 8.5, faiz dəhlizinin aşağı həddi isə 6.75, yuxarı həddi isə 9.5 idi. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.