Home » Azərbaycan Mərkəzi Bankı: Yanvarda nağd dollar əməliyyatları 36,5% azalıb

Azərbaycan Mərkəzi Bankı: Yanvarda nağd dollar əməliyyatları 36,5% azalıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

2026-cı ilin yanvar ayında Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların ümumi həcmi 260 milyon 423 min ABŞ dolları təşkil edib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,5% və ya 149,9 milyon ABŞ dolları azalıb.

Hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 7,5% artaraq 124,9 milyon dollar, satışı isə 2,2 dəfə azalaraq 135,6 milyon dollar olub.

Eyni zamanda, banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar ayı ilə müqayisədə 2,7% azalaraq 9,5 milyon avro, satışı isə 2,1 dəfə azalaraq 8,1 milyon avro təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.