Home » Azərbaycan Rusiya və Gürcüstana bioloji fəal qida əlavələri ixrac edəcək

Azərbaycan Rusiya və Gürcüstana bioloji fəal qida əlavələri ixrac edəcək

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycanda istehsal olunan bioloji fəallığa malik qida əlavəsi məhsullarının Rusiya və Gürcüstana ixracına hazırlıq gedir.

BBN.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir.

Məlumata görə qurumun operatoru olduğu “Azexport” portalı növbəti dəfə Sərbəst Satış Sertifikatları (“Certificate of Free Sale”) təqdim edib. Bu sənədlər ölkə prezidentinin 12 sentyabr 2017-ci il tarixli fərmanına uyğun olaraq təqdim olunub, ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Ümumilikdə 2018-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayına kimi 659 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika, Asiya, Avropa, Okeaniya və Körfəz ölkələrinə ixracını asanlaşdırıb.

Sərbəst Satış Sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.