Home » “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəsmi internet səhifəsində “Startap müraciət forması” adlı bölmə istifadəyə verilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəsmi internet səhifəsində “Startap müraciət forması” adlı bölmə istifadəyə verilib

by anar
0 comments 0 views 1 minutes read

Ölkədə innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etmək, həmçinin yeni ideyaların yaradılması, innovativ sahibkarlığın təşviqi məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən mütəmadi olaraq startap layihələrinin inkişafına yaxından dəstək göstərilir. Korporasiyanın nümayəndələri ilə ölkəmizdə fəaliyyət göstərən “Dr.Agro”, “Satelyzer”, “EdTesk”, “ButaNFT”, “HealWith” startapları ilə əməkdaşlıq  əlaqələrinin müzakirəsinə dair bir sıra  görüşlər  keçirilmişdir. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  rəsmi  internet   səhifəsində  “Startap müraciət forması” adlı bölmə  istifadəyə verilmişdir. Bu müraciət forması sayəsində startapçılar öz layihələrini geniş ictimaiyyətə təqdim etmək, startap konsepsiyalarını və ya layihələrini daha inkişaf etdirmək, kənd təsərrüfatı, metallurgiya və digər müvafiq tətbiq sahələrinə  çıxış əldə etmək, startapların idarə edilməsi və təkmilləşdirilməsi  istiqamətində bilik və təcrübə qazanmaq imkanı əldə edəcəklər. Müraciət üçün (http://ask.gov.az) saytında  qeydiyyatdan keçmək lazımdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.