Home » Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və əməkdaşları üçün onlayn təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və əməkdaşları üçün onlayn təlim keçirilib

by bbnadm
0 comments 0 views 1 minutes read

Azərbaycan Bank Tədrisi Mərkəzinin (ABTM) təşəbbüsü və Mərkəzi Bankın təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbə və əməkdaşları üçün “Məsuliyyətli borclanma” mövzusunda onlayn təlim keçirilib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, təlim Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinə uyğun olaraq təşkil edilib. Təlimin əsas məqsədi əhali arasında maliyyə savadlılığının artırılmasıdır.

ABTM-in təlimçisi Rauf Ağayev tələbələrə “www.infobank.az” və “bizimpullar.az” internet resursları barədə məlumat verib, onlardan istifadə qaydalarını izah edib. O, həmçinin müxtəlif bankların təqdim etdiyi məhsul və xidmətləri müqayisə edə bilmək, risk və imkanları qiymətləndirmək və məsuliyyətli qərar verməklə səmərəli addımlar atmaq barədə danışıb.

Təlimdə ATMU-nun 70-dən çox tələbəsi iştirak edib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.