Home » Azərbaycan Türkiyəyə birbaşa xarici investisiyaların həcminə görə liderlər sırasındadır

Azərbaycan Türkiyəyə birbaşa xarici investisiyaların həcminə görə liderlər sırasındadır

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycan, 2025-ci ilin ilk yarısında Türkiyə iqtisadiyyatına ən çox birbaşa xarici investisiya yatıran ölkələr sırasında yer alıb.

BBN.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin rəhbəri Burak Dadlıoğlu cari ilin yanvar-iyun aylarında qardaş ölkəyə yatırılan investisiyalarla bağlı açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, bu dövrdə Türkiyəyə ən böyük birbaşa xarici investisiya Niderlanddan daxil olub. Siyahıda növbəti yerləri Qazaxıstan, ABŞ, Almaniya və Azərbaycan tutub.

“İlin birinci yarısında Türkiyəyə ümumilikdə 6,3 milyard dollar birbaşa xarici investisiya yatırılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 27,1 % çoxdur. Bu rəqəm investorların hökumətin iqtisadi proqramına inamının növbəti sübutudur”, – deyə Burak Dadlıoğlu bildirib.

Türkiyə Xarici İnvestorlar Dərnəyinin (YASED) məlumatına əsasən, 2025-ci ilin yanvar-iyun aylarında ölkəyə yönələn birbaşa xarici investisiyaların 5 %-i Azərbaycanın payına düşüb.

Ümumilikdə, 2002-ci ildən bu günə qədər Türkiyə iqtisadiyyatına 281 milyard dollar birbaşa xarici investisiya yatırılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.