Home » Azərbaycan Türkmənistanla qarşılıqlı investisiyaların təşviqi imkanlarını nəzərdən keçirib (FOTO)

Azərbaycan Türkmənistanla qarşılıqlı investisiyaların təşviqi imkanlarını nəzərdən keçirib (FOTO)

by Zeyneb
0 comments 3 views 0 minutes read

Mənbə-Bakı. Trend:

Azərbaycanla Türkmənistan arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığının güclənməsi iqtisadi münasibətlərimizin intensiv inkişafı üçün geniş potensial yaradır.

Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevlə Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasına həmsədrlik etdik.

Birgə fəaliyyətin uğurlu nəticələrini məmnunluqla vurğulayaraq, biznes, ticarət, enerji, nəqliyyat, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın və qarşılıqlı investisiyaların təşviqi imkanlarını nəzərdən keçirdik”, – deyə paylaşımda qeyd edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.