Home » Azərbaycan və Britaniya 5 milyard funt sterlinqlik kredit zəmanəti üzrə ilk sövdələşməni icra edib

Azərbaycan və Britaniya 5 milyard funt sterlinqlik kredit zəmanəti üzrə ilk sövdələşməni icra edib

by yunus
0 comments 2 views 1 minutes read

Azərbaycan və Böyük Britaniya arasında 5 milyard funt sterlinq həcmində kredit zəmanəti proqramı çərçivəsində ilk uğurlu maliyyə əməliyyatı həyata keçirilib.

BBN.az bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata istinadən xəbər verir.

Məlumata görə, layihə Böyük Britaniyanın İxrac Kreditləşdirmə Agentliyinin (UKEF) dəstəyi ilə gerçəkləşdirilib. İlk sövdələşmə çərçivəsində “Silk Way West Airlines” aviaşirkəti Böyük Britaniyada istehsal olunan müasir “Boeing 777” təyyarə simulatorunun maliyyələşdirilməsinə dair razılaşma imzalayıb.

Səfirlikdən bildirilib ki, bu trenajor Britaniyanın “L3Harris Commercial Aviation Solutions” şirkəti tərəfindən istehsal edilib və “Boeing 777” təyyarəsinin üç fərqli modelini birləşdirən qabaqcıl texnologiyaya malikdir. Yeni nəsil təlim qurğusu Azərbaycanın Milli Aviasiya Akademiyasının tələbələrinə yüksək səviyyəli, real şəraitə yaxın simulyasiya təcrübəsi qazandıracaq.

Diplomatik nümayəndəlik həmçinin vurğulayıb ki, Azərbaycanın artan strateji əhəmiyyəti, eləcə də beynəlxalq aviasiya və logistika sahəsindəki mövqeyi, Böyük Britaniya ilə gələcək əməkdaşlıq üçün geniş imkanlar açır və UKEF çərçivəsində bu əlaqələrin daha da gücləndirilməsi nəzərdə tutulur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.