Home » Azərbaycan və Çin iqtisadi əlaqələrin şaxələndirilməsini müzakirə edib

Azərbaycan və Çin iqtisadi əlaqələrin şaxələndirilməsini müzakirə edib

by Zeyneb
0 comments 1 views 0 minutes read

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində təşəbbüslər müzakirə olunub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, müzakirələr M.Cabbarov ilə İpək Yolu Fondunun baş icraçı direktorunun müavini, İnvestisiya Komitəsinin üzvü Si Xinbo arasında keçirilən görüş zamanı aparılıb.

Görüş çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi ilə İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması, potensial investisiya layihələrinin həyata keçirilməsi və maliyyələşmə mexanizmlərinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.