Home » Azərbaycan və Cənubi Koreya maliyyə sektorunda texnoloji əməkdaşlığı müzakirə edib

Azərbaycan və Cənubi Koreya maliyyə sektorunda texnoloji əməkdaşlığı müzakirə edib

by Zeyneb
0 comments 2 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Cənubi Koreyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Maliyyə Nəzarət Xidmətinin sədri Li Çanjin ilə görüş keçirib.

Bu barədə AMB sədrinin “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verilir.

Görüş zamanı hər iki ölkənin maliyyə sektorunun mövcud vəziyyəti, həyata keçirilən islahatlar və inkişaf istiqamətləri müzakirə olunub. Tərəflər həmçinin bank, kapital bazarı və sığorta sektorlarında texnoloji həllər və qabaqcıl nəzarət metodologiyalarının tətbiqi barədə fikir mübadiləsi aparıblar.

Taleh Kazımov bildirib ki, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi üzrə imkanlar da görüşün əsas müzakirə mövzularından biri olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.