0
Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev ilə “Aqaba Xüsusi İqtisadi Zonası“nın (ASEZ) baş komissarı Şadi Rəmzi Macali arasında görüş keçirilib.
Bu barədə Azərbaycanın “Azərbaycanın İordaniyadakı səfirliyi“nin X hesabında paylaşım edilib.
Məlumata görə, görüş zamanı Aqaba Xüsusi İqtisadi Zonasının fəaliyyəti, eləcə də tərəflər üçün qarşılıqlı iqtisadi maraq doğuran perspektivli əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.





