Home » Azərbaycan və Qazaxıstan arasında kapital bazarları üzrə əməkdaşlıq genişlənəcək

Azərbaycan və Qazaxıstan arasında kapital bazarları üzrə əməkdaşlıq genişlənəcək

by Zeyneb
0 comments 4 views 1 minutes read

Azərbaycan və Qazaxıstan arasında kapital bazarları sahəsində əməkdaşlıqda yaxın illərdə ciddi irəliləyiş gözlənilir. Bu barədə Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondunun nümayəndəsi Balım Jasıbek Bakıda keçirilən “Caspian Investment Forum”da məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın Xəzər dənizi sahilində yerləşməsi, inkişaf etmiş nəqliyyat, telekommunikasiya və sənaye sektorları ölkəni Qazaxıstan üçün xüsusi cəlbedici edir.

Balım Jasıbek bildirib ki, Azərbaycan Prezidentinin Qazaxıstana səfəri zamanı AZCON ilə “Samruk-Kazyna” arasında əməkdaşlığa dair Memorandum imzalanması bazarların inteqrasiyası üçün yeni imkanlar açır.

“Artıq birgə investisiya layihələri üzərində işləyirik. SOCAR və Azərbaycan İnvestisiya Holdinqi kimi böyük institusional investorlarla əməkdaşlığın genişləndirilməsi də gündəmdədir. Azərbaycanın strateji şirkətlərinin Qazaxıstan ictimaiyyətinə tanıdılması iki ölkə arasında iqtisadi bağları daha da gücləndirəcək”, – o deyib.

Nümayəndənin sözlərinə görə, bu proses həm marağı artıracaq, həm də qarşıdakı dövrdə əməkdaşlıqda böyük irəliləyişə səbəb olacaq.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.