Home » Azərbaycan vətəndaşlarının 200 manata qədər aylıq faiz gəlirləri qismən vergidən azad olunur

Azərbaycan vətəndaşlarının 200 manata qədər aylıq faiz gəlirləri qismən vergidən azad olunur

by anar
0 rəy 7 baxış 1 dəqiqə oxuma

Azərbaycanda fiziki şəxslərin 200 manata qədər aylıq faiz gəlirləri qismən vergidən azad olunacaq.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, söhbət vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə əldə etdikləri faiz gəlirlərinin vergidən azad olunmasından gedir.

“Bu addımın da iki hədəfi var. Bu, bir tərəfdən bankların kapitalizasiyasına hədəflənib. Banklar uzunmüddətli kreditlər verir və paralel olaraq əmanətləri də uzun müddətə cəlb etməlidirlər. Eyni zamanda, milli valyutadakı depozitlərə bu güzəştin verilməsi manata tələbin artırılması siyasətini özündə ehtiva edir”, -deyə vergi rəsmisi qeyd edib.

Report

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.