Home » Azərbaycan vətəndaşlarının gömrüyə dair müraciətlərinin cavablandırılması elektronlaşdırılır

Azərbaycan vətəndaşlarının gömrüyə dair müraciətlərinin cavablandırılması elektronlaşdırılır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dövlət Gömrük Komitəsi vətəndaş müraciətlərinin cavablandırılmasını elektronlaşdırır.

Bu məqsədlə Komitənin Bakı Baş Gömrük İdarəsində pilot variantda xarici ticarət iştirakçıları üçün xidmət növləri üzrə inteqrə edilmiş xüsusi mərkəz yaradılıb.

İdarənin rəis müavini Elmir Ramazanov bildirib ki, məqsəd vətəndaş müraciətlərinin cavablandırılmasında operativliyin artırılması, şəffaflığın, əlçatanlığın təmin olunması, xidmətlərin rəqəmsallaşdırılmasıdır: “Xüsusi mərkəzdə bütün xidmətlər elektron növbə sistemi əsasında “Bir pəncərə” prinsipi ilə göstərilir. Vətəndaşlar bəyannamələrin doldurulması, müvafiq gömrük ödənişlərinin həyata keçirilməsi, rəsmiləşdirilmə prosesində yaranan çətinliklərin aradan qaldırılması, sənədlərin tərtib olunması, məlumatlandırma kimi xidmətlərdən faydalana biləcəklər”.

Onun sözlərinə görə, xüsusi mərkəzdə digər dövlət qurumları – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı əməliyyatları da həyata keçirmək mümkündür: “Rahatlığın və əlçatanlığın təmin olunması məqsədilə mərkəzdə kompüter və printer, ödəmə terminalları, məlumatlandırıcı lövhələr, elektron terminal, gömrük əməkdaşları ilə operativ əlaqə saxlamaq üçün telefonlar quraşdırılıb. Tətbiq edilən yenilik gömrük rəsmiləşdirilməsi prosesinin çevik aparılmasına, xarici ticarət iştirakçılarının vaxta qənaət etməsinə, vətəndaş-məmur münasibətlərində qarşılıqlı etimadın artırılmasına şərait yaradacaq. Eyni zamanda, vətəndaş müraciətlərinin və sorğularının vahid bazası formalaşacaq ki, bu da məlumatların emalının və təhlilinin aparılması, hədəflərin düzgün müəyyənləşdirilməsi, xidmətlərin səmərəliliyinin ölçülməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.