0
2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 694.8 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 415.8 milyon manata çatıb.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-avqust aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 2.2 dəfə və ya 2 milyard 66.2 milyon manat, banklardan xaricə köçürmələr isə 64.2% və ya 267.1 milyon manat azalıb.