Home » Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 861 mindən çox olub

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 861 mindən çox olub

by Zeyneb
0 comments 0 views 0 minutes read

Fevralın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb.

BBN.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, 1 fevral tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,2 % artaraq 861 488-ə çatıb.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı da artım göstərib. Belə ki, bu göstərici 1 % yüksələrək 58 985 təşkil edib.

Bundan başqa, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 0,6 % artaraq 234 098 olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.