Home » Azərbaycanda “Apple Pay” və “Google Pay” ödənişləri 2025-ci ildə kəskin artıb

Azərbaycanda “Apple Pay” və “Google Pay” ödənişləri 2025-ci ildə kəskin artıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

2025-ci ildə Azərbaycanda “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan ödənişlərin sayı və məbləği 2024-cü illə müqayisədə müvafiq olaraq 67 % və 66 % artıb.

Məlumatlar Azərbaycan Mərkəzi Bankından əldə edilib.

Hesabat dövründə POS-terminallar vasitəsilə aparılan hər iki təmassız ödənişdən biri ağıllı cihazlar vasitəsilə həyata keçirilib.

Ötən il Bakıda nağdsız ödəniş sisteminə qoşulmuş bütün avtobuslarda və Bakı Metropoliteni QSC-nin bütün stansiyalarında gediş haqlarının təmassız ödənişləri dəstəkləyən bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə ödənilməsi imkanı yaradılıb.

Layihə ilə Azərbaycan ictimai nəqliyyatda təmassız bank kartlarından istifadə imkanını təmin edən qabaqcıl ölkələrdən birinə çevrilib. Bu həll istifadəçilərə mövcud bank kartları və mobil cihazlar vasitəsilə sürətli və təhlükəsiz ödəniş imkanı təqdim edir, turistlərin lokal nəqliyyat kartı əldə etmə ehtiyacını aradan qaldırır və beynəlxalq brendli təmassız kartlarla ödəniş imkanını təmin edir.

İctimai nəqliyyatda bank kartları ilə gediş haqlarının qəbul edilməsi Azərbaycanı qlobal miqyasda proqressiv rəqəmsal infrastruktura malik ölkələrlə eyni sıraya çıxarır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.