Home » Azərbaycanda bankların kredit portfeli ilk üç ayda 919 mln. manat artıb

Azərbaycanda bankların kredit portfeli ilk üç ayda 919 mln. manat artıb

by yunus
0 rəy 1 baxış 1 dəqiqə oxuma

2024-cü il aprelin 1-nə Azərbaycanda bank sektorunun cəmi kredit portfeli 24 milyard 155,1 milyon manata yüksəlib.

BBN.az hesablamalarına görə, bu, ilin əvvəli ilə müqayisədə 4% və ya 919,2 milyon manat çoxdur. 2024-cü ilin əvvəlində bankların cəmi kredit portfeli 23 milyard 235,9 milyon manat təşkil edib.

Sektorun biznes kreditləri ilin ilk üç ayında 4,6% və ya 580,5 milyon manat artaraq 13 milyard 253,7 milyon manata yüksəlib. İstehlak kreditləri portfeli 7 milyard 141,7 milyon manata, daşınmaz əmlak kreditləri isə 3 milyard 759,4 milyon manata çatıb. Bu isə ilin əvvəli ilə müqayisədə müvafiq olaraq 131,5 milyon manat və 206,6 milyon manat çoxdur.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.