Home » Azərbaycanda bankların əmanət portfeli 2 ildə 30 % artıb

Azərbaycanda bankların əmanət portfeli 2 ildə 30 % artıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda son 2 ildə bank sektorunun əmanət portfelində əhəmiyyətli artım qeydə alınıb.

BBN.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev bildirib.

Onun sözlərinə görə, son 2 ildə bankların əmanət portfeli 30 % və ya 3,7 milyard manat artaraq 16,3 milyard manata çatıb. Eyni zamanda, əhalinin banklardakı əmanətlərinin həcmində də davamlı artım müşahidə olunur.

Baş direktor qeyd edib ki, 2025-ci ildə əmanətçilərin sayı 29 % və ya 43,6 min nəfər artaraq 194,1 min nəfərə yüksəlib. Bu dinamika bank sektoruna inamın artdığını göstərir.

Fuad İsayev vurğulayıb ki, dollarlaşma meyillərinin azalması da müsbət göstəricidir. Belə ki, 2025-ci ilin sonuna bankların kredit portfelinin dollarlaşması 14,2 %, fiziki şəxslərin əmanət portfelinin dollarlaşması isə 31,5 % təşkil edib ki, bu da tarixi minimum səviyyə hesab olunur.

AMB rəsmisinin sözlərinə görə, 2025-ci ilin sonuna bank sektoru üzrə kapital adekvatlığı göstəricisi minimum requlyativ normativi təxminən 2 dəfə üstələyir. Bu isə sektorun yüksək kapitallaşdığını göstərir.

O əlavə edib ki, “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icrası dövründə bankların aktivləri 16 %-dən çox artaraq 57 milyard manatı keçib. Aktivlərin ÜDM-ə nisbəti isə 4 faiz bəndindən çox artaraq 44 %-i ötüb.

Məlumata görə, son 2 ildə bank sektorunun kredit portfeli 30 % artaraq 30 milyard manatdan çox olub. Bankların biznes kreditlərinin ümumi həcmi isə 2004–2025-ci illər ərzində 28 % artaraq 16,1 milyard manatı ötüb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.