Home » Azərbaycanda beynəlxalq sığorta forumunun keçirilməsi bərpa olunur

Azərbaycanda beynəlxalq sığorta forumunun keçirilməsi bərpa olunur

by ulviyya
0 rəy 3 baxış 0 dəqiqə oxuma

Azərbaycanda beynəlxalq sığorta forumunun keçirilməsi bərpa olunur.

BBN.az xəbər verir, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Türkiyənin Antalya şəhərində keçirilən “Beynəlxalq Sığorta Sərgisi və Konqresi” çərçivəsində nüfuzlu beynəlxalq forum təşkilatçısı olan “Xprimm” şirkətinin rəsmisi Georgiana Oprea ilə görüşüb.

Görüşdə Azərbaycanda ənənəvi olaraq təşkil olunan, lakin COVID-19 pandemiyası ilə əlaqədar təşkilinə fasilə verilən beynəlxalq sığorta forumlarının növbəti ildən yenidən bərpası ilə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, sonuncu dəfə 2019-cu ildə Bakıda Beynəlxalq sığorta forumu keçirilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.