Home » Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 20 mlrd. manatdan çox artıb

Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 20 mlrd. manatdan çox artıb

by yunus
0 comments 0 views 1 minutes read

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda debet kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmi 126 milyard 839 milyon manat olub.

BBN.az Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, , bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,6% və ya 21 milyard 693 milyon manat artım deməkdir.

Hesabat dövründə debet kart əməliyyatlarının 72,5 milyard manatı elektron ticarətin payına düşüb. 39,5 milyard manat bankomatlar, 11,4 milyard manat POS-terminallar, 3,4 milyard manat isə ölkə xaricində aparılan əməliyyatlar vasitəsilə reallaşıb.

Qeyd edək ki, 2025-ci il dekabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda 19 milyon 737 min debet kartı dövriyyədədir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.