Home » Azərbaycanda günəş enerjisi istehsalı 8 dəfə artıb

Azərbaycanda günəş enerjisi istehsalı 8 dəfə artıb

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2024-cü ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, ötən 5 ay ərzində respublikada elektrik enerjisinin istehsalı 11 231,4 mln. kVt·st olub.

Bu dövrdə elektrik enerjisi istehsalı İES-lərdə 9 685,6 mln. kVt·st, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 525 mln. kVt·st artımla 1 197,3 mln. kVt·st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 189,4 mln. kVt·st artımla 348,5 mln. kVt·st. təşkil edib. 5 ay ərzində külək elektrik stansiyalarında 26,3 mln. kVt·st, günəş elektrik stansiyalarında ötən ilin müvafiq dövrünə nisbətən 181 mln. kVt·st artımla 206,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 115,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 900,6 mln. kVt·st (İES-lərdə 8 789,5 mln. kVt·st, SES-lərdə 1 111,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 177,3 mln. kVt·st (İES-lərdə 73,9 mln. kVt·st, SES-lərdə 79,2 mln. kVt·st, Günəş ES-də 24,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 19,2 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 134,3 mln. kVt·st təşkil edib.

Yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 426,8 mln. kVt·st, idxalı isə 80,9 mln. kVt·st olub.

Qeyd edək ki, 2024-cü ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1 999,5 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin ixracı 20,4 mln. kVt·st, idxalı isə 19 mln. kVt·st təşkil edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.