Home » Azərbaycanda həyata keçirilən sosial layihə beynəlxalq mükafat qazanıb

Azərbaycanda həyata keçirilən sosial layihə beynəlxalq mükafat qazanıb

by ulviyya
0 rəy 1 baxış 2 dəqiqə oxuma

“Nar”ın sosial layihəsi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Korporativ məsuliyyət” istiqamətində ən uğurlu layihə olaraq “Qızıl Dünya Mükafatı”na layiq görülüb.

“Nar”ın mükafata layiq görülən layihəsi – “Azərbaycan işarə dilində ilk elektron lüğəti – jestdili.az” 30 mindən çox nitq və eşitmə məhdudiyyətli soydaşımızın ana dilində jest dilini öyrənmək imkanı yaradır. Elektron lüğətdə 5000-dən çox sözün foto və video təsvirləri toplanıb. Jestdili.az resursundan istifadə etməklə nitq və eşitmə məhdudiyyətli şəxslər və onların yaxınları heç yerə getmədən və müəllim olmadan, onlayn qaydada jest dilini öyrənə bilir.

Qeyd edək ki, Qızıl Dünya Mükafatının (GWA – Golden World Award) bu il 200-dən çox finalçısı seçilib və layihələr 39 nəfərlik beynəlxalq səviyyəli peşəkar münsiflər heyəti tərəfindən dəyərləndirilib. “Nar” ilə yanaşı, qaliblər arasında “Türk Telecom”, “Shell”, “Toyota”, “SOCAR Türkiye”, “Hyundai”, “MasterCard” kimi dünya miqyaslı şirkətlərin layihələri müxtəlif nominasiyalar üzrə yer alıb. “Nar” yüzlərlə şirkətlərin içərisindən qalib seçilərək bu mükafata layiq görülən ilk Azərbaycan şirkəti olub.

“Nar”ın Korporativ Ünsiyyət departamentinin direktoru Əziz Axundov ictimaiyyətlə əlaqələr sahəsi üzrə ən nüfuzlu mükafatın Azərbaycanı təmsil edən şirkət tərəfindən qazanılmasından qürur duyduğunu bildirib: “Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün həyata keçirdiyimiz sosial layihələrimiz onların həyatlarının müsbətə doğru dəyişməsi və inklüziv cəmiyyət yaratmağımız baxımından xüsusi əhəmiyyət kəsb edir. Həyata keçirdiyimiz təşəbbüslərin beynəlxalq səviyyədə tanınması və mükafata layiq görülməsi bizim doğru yolda olduğumuzu göstərir.”

Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRAInternational Public Relations Assosication) 1955-ci ildə bu sahənin peşəkarlarını birləşdirən qlobal əməkdaşlıq platforması kimi təsis edilib. Assosasiya 1983-cü ildən BMT və alt qurumları ilə sıx əməkdaşlıq edir və layihələri qiymətləndirərkən BMT-nin Davamlı İnkişaf Hədəflərini də (SDG – Sustainable Development Goals) əsas götürür.

“Nar” BMT Qlobal Sazişinə qoşulmuş ilk Azərbaycan şirkəti olaraq, sosial məsuliyyət strategiyasını bu hədəflərə uyğun olaraq qurur. Jest dili layihəsi də BMT-nin inklüziv təhsil hədəfinə uyğun olaraq həyata keçirilib. Layihə “Karlara Dəstək” və “Regional İnkişaf” ictimai birlikləri ilə tərəfdaşlıq nəticəsində ərsəyə gəlib.

“Nar”ın həyata keçirdiyi bütün sosial layihələr haqqında məlumatı nar.az/projects səhifəsindən əldə etmək olar.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.