Home » Azərbaycanda ilk 5 ayda qeyri-neft sektoru üzrə ixrac 1,5 milyard ABŞ dolları olub

Azərbaycanda ilk 5 ayda qeyri-neft sektoru üzrə ixrac 1,5 milyard ABŞ dolları olub

by anar
0 comments 5 views 1 minutes read

“İxrac icmalı”nın iyun sayına əsasən, 2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycanın ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 1,5 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,1% artıb. 2023-cü ilin yanvar-may ayları ərzində yeyinti məhsulları üzrə ixrac 334,4 milyon ABŞ dollarına bərabər olub. 2023-cü ilin ilk 5 ayı ərzində spirtli və spirtsiz içkilərin ixracı 5,9 dəfə, şəkər ixracı 43,8%, meyvə-tərəvəz ixracı isə 10,4% artıb. 2023-cü ilin yanvar-may ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9% artaraq 349,1 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,8% artaraq 92,2 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin may ayında qeyri-neft ixracı 278,2 milyon ABŞ dolları olub. Bu ilin may ayı ərzində yeyinti məhsulları üzrə ixrac 98,2 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 180 milyon ABŞ dollarına bərabər olub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.