Home » Azərbaycanda kirayə mənzillər üzrə vergi yükü azaldılır — 14%-dən 10%-ə endirilir

Azərbaycanda kirayə mənzillər üzrə vergi yükü azaldılır — 14%-dən 10%-ə endirilir

by Zeyneb
0 comments 3 views 1 minutes read

Azərbaycanda mənzillərin kirayəyə verilməsi vergiyə cəlb olunan əməliyyat sayılır, lakin bu sahədə qeyri-rəsmi fəaliyyət hələ də geniş yayılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, kirayə bazarında şəffaflığın artırılması üçün bir sıra dəyişikliklər hazırlanır.

Məlumata əsasən, prosesin rəsmiləşdirilməsi üçün inzibatçılığın sadələşdirilməsi və kirayə gəlirləri üzrə vergi yükünün azaldılması nəzərdə tutulur.

2025-ci il yanvarın 1-dən kirayə gəliri əldə edən şəxslərə vergi orqanında uçota durmadan agent (hüquqi və ya fiziki şəxs) təyin etmək imkanı veriləcək. Bu agent vergi öhdəliklərinin icrasını kirayə verən şəxs adından həyata keçirəcək.

Şəffaflığın artırılması və könüllü əməletməyə nail olmaq üçün fiziki şəxslərin digər fiziki şəxslərə kirayə verdiyi yaşayış sahələrindən əldə olunan gəlirlərə tətbiq edilən vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi nəzərdə tutulur. Bu dəyişiklik vergi yükünün təxminən 30% azalması deməkdir.

Hüquqi şəxslərə kirayə və sahibkarlıq fəaliyyəti üzrə vergi dərəcəsi dəyişmir

Sahibkarlıq fəaliyyəti çərçivəsində kirayəyə verilən və ya hüquqi şəxslərə icarəyə təqdim olunan əmlaklar üzrə 14%-lik vergi dərəcəsi əvvəlki kimi qüvvədə qalır.

Dəyişikliyin əsas məqsədi vergidən yayınmanın qarşısını almaq, kirayə müqavilələrinin rəsmiləşdirilməsini genişləndirmək və bazarda şəffaflığı artırmaqdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.