
Bu il Azərbaycanda inflyasiyanın formalaşmasına bir sıra təklif və tələb amilləri təsir göstərib.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, xarici mənşəli xərc amillərinin inflyasiyanın dinamikasına təsiri əhəmiyyətli olub. Qiymətləndirmələrə əsasən, ötən ay ölkədə illik inflyasiyaya ticarət tərəfdaşlarındakı inflyasiya 2,87 faiz bəndi, nominal effektiv məzənnə isə 0,38 faiz bəndi artırıcı təsir göstərib.
Eyni zamanda, dövr ərzində daxili təklif amilləri (kənd təsərrüfatı istehsalçı qiymətləri və s.) və daxili tələb amilləri (ev təsərrüfatlarının istehlakı, dövlət istehlakı və s.) də inflyasiyanın artımına ümumilikdə müsbət təsir edib.
AMB-nin proqnozlarına görə, illik inflyasiya 2025-ci ildə 6 %, 2026-cı ildə isə təxminən 5,7 % səviyyəsində olacaq.





