Home » “Azərbaycanda məşğulluğa dəstək” layihəsi iştirakçılarına aktivlərin verilməsinə başlandı

“Azərbaycanda məşğulluğa dəstək” layihəsi iştirakçılarına aktivlərin verilməsinə başlandı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının  birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi iştirakçılarına seçdikləri sahələr üzrə aktivlərin təqdim edilməsinə başlanıb.

Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihə çərçivəsində işsiz şəxslərə istehsal-xidmət sahəsi üzrə avadanlıqlar təqdim edilir.

Layihə ölkə üzrə 22 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını və onların kiçik biznesə çıxışını təmin etməyi nəzərdə tutur.

Onlardan artıq 6003 nəfər qeydiyyata alınaraq təlimlərə cəlb olunub. Təlimləri bitirərək biznes planları uğurla hesab olunanlara isə aktivlər verilir.

Layihənin əsas məqsədi ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarına sahib olmalarına şərait yaradılmasıdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.