
Bu ilin yanvar ayında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak əldə edən vətəndaşlara 3 milyon 376 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verilib.
Məlumata əsasən, bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması layihəsi uğurla davam etdirilir.
Qeyd edək ki, layihənin əsas məqsədi daşınmaz əmlak alqı-satqısında nağdsız ödənişlərin təşviqi, şəffaflığın artırılması və vergi intizamının gücləndirilməsidir.





