1
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyul ayının sonunda 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil edib.
BBN.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 11.4% qeydə alınıb.
Qeyd edək ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bu il bankomatların sayında 3%, POS-terminalların sayında 19.4% artım olub.