Home » Azərbaycanda ötən il sürətli poçt rabitəsi xidməti üzrə 38 lisenziya ləğv edilib

Azərbaycanda ötən il sürətli poçt rabitəsi xidməti üzrə 38 lisenziya ləğv edilib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda ötən il sürətli poçt rabitəsi xidməti üzrə 294 ədəd lisenziya (o cümlədən lisenziya əlavəsi) verilib, 38 lisenziya (lisenziya əlavəsi) isə ləğv edilib.

Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinın (İKTA) 2025-ci ilə dair fəaliyyət hesabatında məlumat verilib.

Sənədə əsasən, sözügedən xidmət növü üzrə ümumi lisenziyaların sayı 1122-yə çatıb. İKTA sürətli poçt xidməti üzrə lisenziya (lisenziya əlavəsi) almaq üçün daxil olmuş müraciətlərə rəy bildirilməsi məqsədilə 269 obyektə baxış keçirib. Onlardan 265-i barədə müsbət, 4-ü barədə isə mənfi rəy verilib.

Agentlik bildirib ki, Azərbaycanda poçt rabitəsi operatorlarının sayı son 5 ildə (2020–2025-ci illər) 2,3 dəfə artaraq 285-ə yüksəlib.

Hesabatda qeyd olunub ki, 2025-ci ildə ölkənin poçt sektoru 32 % böyüyüb. Bu artımın əsas səbəbi kimi isə elektron alış-verişə marağın yüksəlməsi göstərilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.