Home » Azərbaycanda sahibkarlıq fəaliyyətinə 3,3 milyard manat güzəşt tətbiq ediləcək

Azərbaycanda sahibkarlıq fəaliyyətinə 3,3 milyard manat güzəşt tətbiq ediləcək

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda bu il sahibkarlıq fəaliyyətinə 3,3 milyard manat həcmində güzəşt tətbiq olunacaq.

BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2026-cı ildə qeyri-sahibkarlıq fəaliyyətinə 12 milyon manat məbləğində güzəştin tətbiqi nəzərdə tutulur.

Bununla yanaşı, il ərzində aşağıdakı sahələr üzrə də vergi və maliyyə güzəştlərinin tətbiqi planlaşdırılır:

  • Qeyri-kommersiya fəaliyyəti – 436,5 milyon manat

  • Qrant, humanitar və texniki yardım – 33,4 milyon manat

  • Xüsusi iqtisadi zonalar və Ələt Azad İqtisadi Zonası – 4,7 milyon manat

  • Beynəlxalq müqavilələr – 1,4 milyard manat

  • Maliyyə xidmətləri və dövlət maliyyə institutlarının fəaliyyəti – 598,4 milyon manat

  • Sosial baxımdan həssas əhali qrupları – 674,9 milyon manat

Qeyd edək ki, bu güzəştlər iqtisadi aktivliyin stimullaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması və sosial dəstəyin gücləndirilməsinə xidmət edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.