Home » Azərbaycanda sığorta agentləri və brokerlərin fəaliyyəti ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda sığorta agentləri və brokerlərin fəaliyyəti ilə bağlı yeni qanun layihəsi hazırlanıb

by Zeyneb
0 comments 2 views 1 minutes read

Azərbaycanda sığorta agentləri və brokerlərin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə yeni qanun layihəsi hazırlanıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov DOST TV-nin “Sığortalı Dost” verilişində çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, sığorta xidmətləri yalnız sığorta müqaviləsi bağlandıqdan sonra deyil, həmçinin müqavilə bağlanmazdan əvvəl vətəndaşlarla düzgün, şəffaf və məsuliyyətli ünsiyyət əsasında təqdim olunmalıdır.

V. Qurbanov qeyd edib ki, sığorta vasitəçiləri – agentlər və brokerlər – sığorta xidmətlərinin əhali arasında yayılmasında mühüm rol oynayır. Hazırlanan qanun layihəsi məhz bu vasitəçilərin fəaliyyətinin tənzimlənməsini, onların rolunun gücləndirilməsini və peşəkarlıq səviyyəsinin artırılmasını nəzərdə tutur.

AMB-nin baş direktorunun sözlərinə görə, qanun layihəsinin qəbul edilməsi nəticəsində sığorta bazarında xidmət keyfiyyəti yüksələcək və sığortalıların maraqları daha effektiv şəkildə qorunacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.