Home » “Azərbaycanda SİO Proqramının tətbiqinə dəstək” mövzusunda seminar keçirilir

“Azərbaycanda SİO Proqramının tətbiqinə dəstək” mövzusunda seminar keçirilir

by Aytac
0 comment 2 views 1 minutes read

Aprelin 15-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Azərbaycanda Səlahiyyətli İqtisadi Operator (SİO) Proqramının tətbiqinə dəstək”  mövzusunda seminar başlayıb.

Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrinin əməkdaşlarının iştirakı ilə keçirilən seminar beş gün davam edəcək.

Tədbirin açılış mərasimində çıxış edənlər SİO ilə bağlı qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinin gömrük əməkdaşlarının potensialının, bilik və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

ÜGT-nin ekspertləri Sassone Gaetano və Neslihan Şen seminar müddətində ÜGT-nin SAFE çərçivə standartları və SİO proqramı barədə ətraflı məlumat verəcək, yeniliklər, ən son nailiyyətlərlə bağlı təcrübələrini paylaşacaqlar.

İştirakçılar Avropa İttifaqında, Türkiyədə və Azərbaycanda SİO-nun fəaliyyəti, tətbiqi üsullarını birgə müzakirə edəcək, təsdiqləmə prosedurları, anbar operatorları, daşıyıcılar, gömrük brokerləri üçün SİO meyarları və üstünlükləri, kiçik və orta biznes üçün SİO və digər mövzularda məlumat əldə edəcəklər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.