Home » Azərbaycanda tədiyyə balansının kəsiri 1,4 milyard dollara yüksəlib

Azərbaycanda tədiyyə balansının kəsiri 1,4 milyard dollara yüksəlib

by Zeyneb
0 comments 1 views 0 minutes read

2025-ci ildə Azərbaycanın tədiyyə balansı üzrə ümumi kəsir 1,4 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib.

Onun sözlərinə görə, qeyd olunan göstərici il ərzində ölkənin ehtiyat aktivlərinin azalmasını əks etdirir. Bildirilib ki, hesablamalar aparılarkən Tədiyyə Balansı üzrə Rəhbərliyin 6-cı nəşri (BOP6) qaydalarına uyğun olaraq yenidənqiymətləndirmə və məzənnə fərqləri nəzərə alınmır.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın tədiyyə balansında kəsir 0,4 milyard ABŞ dolları səviyyəsində olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.