
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 18 milyard 473,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son bir ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 % azalıb, qeyri-neft-qaz sektorunda isə 1,4 % artım qeydə alınıb.
ÜDM-in sahələr üzrə bölgüsü belə olub:
-
32,7 % – sənaye
-
11,4 % – ticarət və nəqliyyat vasitələrinin təmiri
-
7,5 % – nəqliyyat və anbar təsərrüfatı
-
3,9 % – tikinti
-
3,2 % – kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
-
2,8 % – turistlərin yerləşdirilməsi və ictimai iaşə
-
2,1 % – informasiya və rabitə
-
24,1 % – digər sahələr
Məhsula və idxala xalis vergilər isə ÜDM-in 12,3 %-ni təşkil edib.




