Home » Azərbaycanda üztanıma texnologiyaları iqtisadi zonalarda da tətbiq edilə bilər

Azərbaycanda üztanıma texnologiyaları iqtisadi zonalarda da tətbiq edilə bilər

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda süni intellekt əsaslı üztanıma texnologiyalarının iqtisadi zonalarda tətbiqi mümkündür. Bunu “Report”un sualını cavablandırarkən İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.

Onun sözlərinə görə, bu sistemlər iqtisadi zonalarda giriş-çıxış nəzarətinin avtomatlaşdırılması, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və əməliyyat proseslərinin optimallaşdırılması baxımından effektiv alət ola bilər.

F.Cəfərov qeyd edib ki, üztanıma texnologiyaları müəssisə və istehsalat sahələrində əməkdaşların identifikasiyasını sürətləndirir, icazə rejimini daha şəffaf və idarəolunan edir: “Eyni zamanda, insan amili ilə bağlı riskləri azaldır, operativ qərarvermə imkanlarını genişləndirir. Üztanıma və digər biometrik həllər sənaye parklarında rəqəmsal transformasiyanın dərinləşdirilməsinə, idarəetmənin müasirləşdirilməsinə və rəqabətqabiliyyətli mühitin formalaşdırılmasına xidmət edir”.

O əlavə edib ki, məqsəd süni intellekt əsaslı texnologiyaları iqtisadi zonalarda mərhələli şəkildə tətbiq etmək və innovativ həlləri sahibkarlar üçün əlçatan etməkdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.